Əsas səhifə » ABŞ və Misir Qırmızı dənizdəki gərginliyi müzakirə ediblər

ABŞ və Misir Qırmızı dənizdəki gərginliyi müzakirə ediblər

BAKI, AzerVoice

ABŞ müdafiə naziri Pit Heqset və Misirin müdafiə naziri, Silahlı Qüvvələrin Baş Komandanı Əbdülməcit Səqr arasında telefon danışığı olub.

AzerVoice xəbər verir ki, bu abrədə ABŞ Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamada bildirilib.

Açıqlamaya əsasən, telefon danışığı zamanı Qırmızı dənizdəki gərginliklər, Husilərin Süveyş kanalına təsiri və ikitərəfli münasibətlər müzakirə olunub.

Heqset, iki ölkə arasında strateji tərəfdaşlığın gücünü vurğulayıb. Pentaqonun açıqlamasına görə, nazirlər birgə maraqların necə gücləndiriləcəyini müzakirə ediblər.

Misir tərəfindən isə bu danışıqlarla bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bu ayın əvvəlində ABŞ prezidenti Donald Tramp Truth Social platformasında bildirib ki, o, Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında Husilərin regiondakı təhlükəsini və Qəzza məsələsinin mümkün həll yollarını müzakirə edib.

Misir prezidentinin sözçüsü səfir Məhəmməd Şinavi isə bildirib ki, həmin telefon danışığında Yaxın Şərqdə vəziyyətin inkişafı və regionda sabitliyin bərpası istiqamətində vasitəçilik səyləri müzakirə edilib. Qeyd olunub ki, bu cəhdlər Qırmızı dənizdə naviqasiyaya müsbət təsir göstərəcək və iqtisadi itkilərin qarşısını alacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice