BAKI, AzerVoice
Misirin təklifi Qəzzada atəşkəs ümidlərini canlandırır
AzerVoice xəbər verir ki, Misir, Qəzza
zolağında atəşkəsin bərpa olunmasına dair yeni təkliflə ümidləri
canlandırıb.
Təklif, 40-70 günlük atəşkəs müqabilində hələ də sağ olan səkkiz
israilli girovun azad edilməsini tələb edir.
Misirli mənbənin verdiyi məlumata görə, əvvəllər təklif edilən bəzi
maddələrə dəyişikliklər edilib, o cümlədən girovların sayının
artırılması nəzərdə tutulub.
HƏMAS isə 50 günlük atəşkəs müqabilində yalnız iki girov azad
etməyi təklif edib, İsrail isə daha çox girovun azad edilməsini
istəyir.
Qeyd edək ki, Misir, Fransa və İordaniya liderləri, müharibədən sonra Qəzzanın idarəçiliyinin yalnız “gücləndirilmiş Fələstin Administrasiyasına” veriləcəyini vurğulayıb və dərhal atəşkəsə qayıdılması çağırışı ediblər.