Əsas səhifə » HƏMAS Qahirədə Misirin atəşkəs təklifini müzakirə edəcək

HƏMAS Qahirədə Misirin atəşkəs təklifini müzakirə edəcək

BAKI, AzerVoice

HƏMAS-ın nümayəndə heyəti Qahirəyə səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə “Al Araby Al Jadeed” qəzeti məlumat verib.

Məlumata görə, səfər çərçivəsində Misirin Qəzza zolağına dair atəşkəs təklifi müzakirə ediləcək.

Bununla yanaşı, səfər zamanı Misirin vasitəçilik səyləri və girovların qismən dəyişdirilməsi məsələləri gündəmdə olacaq.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib, bölgəyə kütləvi zərbələr endirib və bununla da yanvarda elan olunmuş atəşkəs rejimini pozub. İsrail baş naziri Benyamin Netanyahunun ofisi bu hücumları ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və digər vasitəçilər tərəfindən təklif olunan razılaşmaları HƏMAS-ın qəbul etməməsi ilə əsaslandırıb. HƏMAS isə döyüşlərin yenidən başlamasına görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyub.

Digər Kateqoriyalar

2025 © Azervoice