Əsas səhifə » Tramp və Sisi Qəzzadakı son vəziyyəti müzakirə ediblər

Tramp və Sisi Qəzzadakı son vəziyyəti müzakirə ediblər

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.

AzerVoice xəbər verir ki, bu barədə Trampın "Truth Social" platformasında verdiyi açıqlamada bildirilib.

Telefon danışığı zamanı, iki lider Qəzza zolağındakı vəziyyəti və oradakı müharibə ilə bağlı mümkün həll yollarını müzakirə ediblər.

Tramp və Sisi, həmçinin, Yəməndəki husilərlə mübarizədə əldə edilən böyük hərbi irəliləyişi də müzakirə ediblər.

ABŞ Prezidenti telefon danışığının çox uğurlu keçdiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ ötən həftə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb və Yəmənli qruplaşmaya yaxın media qurumları onlarla insanın öldüyünü xəbər veriblər. Tramp dünənki açıqlamasında bildirib ki, ABŞ qüvvələri husilər tərəfindən dəniz nəqliyyatına olan təhdid tamamilə aradan qaldırılana qədər hücumlarını davam etdirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice