Əsas səhifə » Misirdə 3500 ildən çox yaşı olan kral məzarı tapılıb

Misirdə 3500 ildən çox yaşı olan kral məzarı tapılıb

BAKI,AzerVoice

Misirdə 3500 ildən çox yaşı olan kral məzarı tapılıb

AzerVoice xəbər verir ki, Misirin Turizm və Qədim Əsərlər Nazirliyi Pensilvaniya Universitetindən olan arxeoloji qrupun cənubdakı Abydos bölgəsində, Cebel Anubis nekropolunda İkinci Ara Dövrə (e.ə. 1700-1600) aid kral məzarı aşkar etdiyini açıqlayıb.

Bundan əlavə, Qədim Əsərlər Ali Şurası ilə əməkdaşlıq edən başqa bir arxeoloji qrup Bənəvit kəndində Roma dövrünə aid saxsı emalatxanası aşkar edib. Bildirilir ki, bu emalatxana qədim zamanlarda Doqquzuncu bölgənin keramika və şüşə tələbatını təmin edən ən böyük istehsal mərkəzlərindən biri olub.

Misir hökuməti bu iki böyük kəşfin ölkənin turizminə və qədim sivilizasiyasının tanıdılmasına mühüm töhfə verəcəyini vurğulayıb. Arxeoloqlar yeni tapıntıların Abydosdakı kral məzarlarının inkişafı və tarixi ilə bağlı yeni elmi dəlillər təqdim etdiyini bildiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice