Əsas səhifə » İsrail və Misir rəsmiləri Qəzzadakı girovların azad edilməsini müzakirə edirlər

İsrail və Misir rəsmiləri Qəzzadakı girovların azad edilməsini müzakirə edirlər

Bakı, AzerVoice

İsrail və Misir rəsmiləri Qəzzada saxlanılan girovların azad edilməsini müzakirə edirlər.

AzerVoice xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisi məlumat yayıb.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən nümayəndə heyəti ilə müşavirə keçirərək onlara ABŞ Prezidenti Co Baydenin xüsusi elçisi Stiven Uitkoffun təklifinə əsasən, girov məsələsi üzrə vasitəçilərin cavabına uyğun olaraq danışıqları davam etdirməyə hazırlıq görməyi tapşırıb. Təklifdə 11 girovun dərhal azad edilməsi və ölən girovların yarısının qaytarılması nəzərdə tutulub.

Dünən, HƏMAS nümayəndələri bir nəfər sağ girovu azad etməyə və dörd ölən girovun cəsədini təhvil verməyə hazır olduqlarını bildirmişdilər.

İsrailin son rəsmi məlumatlarına görə, HƏMAS hazırda Qəzzada 24 girov və 35 ölü girovun cəsədini saxlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice