Bakı, AzerVoice
HƏMAS heyəti Qəzzada atəşkəs sazişinin icrasını müzakirə etmək və danışıqları ikinci mərhələyə keçirmək məqsədilə Qahirəyə gəlib.
AzerVoice xəbər verir ki, bu haqda Misirin İnformasiya İdarəsi məlumat verib.
Məlumatda qeyd olunub ki, Misirin HƏMAS liderləri ilə apardığı intensiv görüşlər, ABŞ və Qətər tərəfləri ilə həyata keçirdiyi təmaslar atəşkəs sazişinin yekunlaşdırılması və ikinci mərhələyə keçidin təmin edilməsi məqsədini daşıyır.
Qeyd edək ki, martın 4-də Misirin paytaxtı Qahirədə keçirilən Fövqəladə Ərəb Liqası Zirvəsində Qəzzanın yenidən qurulması üçün plan təqdim edilib və üzv ölkələr bu planı qəbul edib.
Mətbuatda yayılan detallara görə, Qəzzanın yenidən qurulması üçün 53 milyard dollarlıq bir büdcəyə ehtiyac var.
Tramp isə fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında, ABŞ-ın Qəzza zolağını “ələ keçirəcəyini” və “sahibi olacağını” bəyan edib.