Bakı, AzerVoice
Misir mətbuatı dağıntıları çıxarmaq üçün istifadə edilən ağır texnikanın, eləcə də konteyner evləri ilə dolu yük maşınlarının Qəzzaya girmək üçün Rəfah sərhəd keçidinin Misir tərəfində gözlədiyini bildirib.
AzerVoice xəbər verir ki, Misir mətbuatı, Qəzzaya girmək üçün Rəfah sərhəd keçidinin Misir tərəfində ağır texnika və konteyner evləri ilə dolu yük maşınlarının gözlədiyini bildirib. "Əl-Qahirə əl-İxbariyyə" televiziyasının xəbərinə görə, hazırlıq məqsədilə yük maşınları sərhədin Misir tərəfində düzülüb, ancaq keçid vaxtı barədə məlumat verilməyib.
Mətbuatda sözügedən yük maşınlarının Qəzzaya nə vaxt keçəcəyi ilə bağlı heç bir məlumat verilməsə də, yük maşınlarının görüntüləri yer alıb.
Qeyd edək ki, Hamas, İsrailin 19 yanvar tarixində qüvvəyə minən atəşkəs razılaşmasını; yerindən edilən Fələstinlilərin Qəzza zolağının şimalına qayıtmalarının gecikdirilməsi, Qəzza zolağındakı Fələstinlilərin hava hücumları və onlara açılan atəşlə hədəf alınması, yaşamaq üçün lazım olan materialların Qəzzəyə daxil olmasına icazə verilməməsi və tibbi materialların və dərmanların Qəzzəyə gecikdirilmiş şəkildə daxil olmasına icazə verilməsi kimi 4 maddə ilə pozduğunu açıqlamışdı.
Hamasın hərbi qanadı İzzəddin əl-Qassam Tüqaylarının sözçüsü Ebu Ubeydə, 15 fevralda gerçəkləşdirilməsi gözlənilən əsir mübadiləsinin, İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirməməsi səbəbindən təxirə salındığını açıqlamışdı.