Bakı,
AzerVoice
Misirin müdafiə naziri Əbdülməcid Sakr Üçüncü Səhra Ordusunun
üzvlərini silahlı qüvvələrin müxtəlif şəraitlərdə onlara həvalə
olunmuş vəzifələri yerinə yetirə bilməsi üçün döyüş hazırlığını ən
yüksək səviyyədə saxlamağa çağırıb.
AzerVoice xəbər verir ki, Misir Ordusunun sözçüsü, polkovnik Qərib Əbdül Hafizin verdiyi açıqlamaya görə, Üçüncü Səhra Ordusu Səfərbərlik Mərkəzləri Komandanlığı Layihəsinin əsas mərhələsində müdafiə naziri Sakr, Baş Qərargah rəisi general-leytenant Əhməd Fethi İbrahim Xəlifə və bir çox yüksək rütbəli komandan iştirak edib.
Silahlı qüvvələrin döyüş hazırlığı planı çərçivəsində həyata keçirilən bu mərhələnin bir neçə gün davam etdiyi bildirilsə də, təlimin yeri və dəqiq müddəti açıqlanmayıb. Açıqlamada nazir Sakrın layihənin əsas mərhələsini izlədiyi və Üçüncü Səhra Ordusunun şəxsi heyətinə döyüş hazırlığını ən yüksək səviyyədə saxlamağı tapşırdığı qeyd olunub.
Müdafiə nazirinin sözlərinə görə, Üçüncü Səhra Ordusunun üzvləri silahlı qüvvələrin onlara tapşırılmış vəzifələri istənilən şəraitdə yerinə yetirə bilməsi üçün döyüş hazırlığını ən yüksək səviyyədə saxlamalıdır.
Qeyd edək ki, Misirin Üçüncü Səhra Ordusunun əsas vəzifələrinə ölkənin Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərinin təhlükəsizliyini təmin etmək daxildir.