Əsas səhifə » Misir və Tunis Suriyadakı son hadisələri müzakirə ediblər

Misir və Tunis Suriyadakı son hadisələri müzakirə ediblər

Bakı, AzerVoice

Misir və Tunis XİN başçıları Suriyadakı son hadisələri müzakirə ediblər.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu haqda Mİsir Xİn aşçıqlamasında deyilir.

Məlumata əsasən, Abdelatty Misirin ardıcıl mövqeyini təsdiq edərək, Suriyanın suverenliyinə, ərazi bütövlüyünə və birliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.

O, Suriya xalqının bütün müxtəlifliklərində maraqlarını prioritetləşdirməklə, onların birliyini və resurslarını qorumaqla bütün Suriya ərazilərində sabitliyin bərpası üçün əlaqələndirilmiş regional və beynəlxalq səylərin vacibliyini diqqətə çatdırıb.

İki nazir arasında telefon danışığı Suriyada davamlı sabitliyə nail olmaq üçün zəruri olan fundamental prinsiplərlə bağlı ortaq baxışı əks etdirib.

Digər Kateqoriyalar

2025 © Azervoice