Livanın xarici işlər naziri Abdullah Buhabib, Hizbullah lideri Həsən Nəsrullahın öldürülməzdən əvvəl atəşkəsi qəbul etdiyini, ABŞ və Fransanın İsrailin baş naziri Netanyahunun da atəşkəsi təsdiqlədiyini onlara çatdırdığını açıqlayıb.
AzerVoiceArabAZ -a istinadən xəbər verir ki, XİN rəsmisi onu da bildirb ki, ABŞ-ın bölgədə atəşkəsin təmin edilməsində mühüm rola malikdir.
“Nəsrullah (atəşkəsi) qəbul etdi, bəli. Biz atəşkəsi tamamilə qəbul etdik, Hizbullahla görüşdük. Livan parlamentinin sədri Nəbih Bərri (məsələ) Hizbullahla müzakirə etdi. Baş verənlərlə bağlı amerikalıları və fransızları məlumatlandırdıq”-deyə o bildirib.