Əsas səhifə » Küveyt “Həsən Əl-Bənna” küçəsinin adını dəyişdirəcək

Küveyt “Həsən Əl-Bənna” küçəsinin adını dəyişdirəcək

Bakı,AzerVoice

Küveyt dövlət başçılarından başqa şəxslərin adlarını daşıyan küçələrə nömrələrin verilməsi qərarından sonra bir çox küçələrin, o cümlədən “Müsəlman Qardaşlar” təşkilatının qurucusu Həsən əl-Bənnanın adını daşıyan küçənin adı dəyişdiriləcək.

AzerVoice xəbər verir ki, Küveyt Nazirlər Şurasının qərarına əsasən, bəzi küçələrə sultanlar, şahlar, hökmdarlar, şahzadələr və dövlət başçılarının adlarının verilməsi məhdudlaşdırılacaq.

Bununla yanaşı, küçələrə ölkələrin və paytaxtların adlarının verilməsi, adı veriləcək ölkə ilə  qarşılıqlı şərtlər əsasında həyata keçiriləcək.

Digər Kateqoriyalar

2024 © Azervoice