Bakı. AzerVoice:
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirə sabah Əl-Əqsa məscidinə basqın etmək niyyətindədir.
AzerVoice xəbər verir ki, bu barədə Ben Qvir Qüdsdə keşirlməsi planlanan “Bayraq Yürüşü” öncəsi çıxıçında deyib. “Hər il deyirlər ki, bu doğru vaxt deyil. Əksinə, sabah Şam qapısına doğru yürüyəcəyik…Onların ən həssas saydığı yerlərə zərbə edirməliyik”-deyə o bildirib.
Eyni zamanda Ben Qvir Qəzzaya humanitar yardımların bir-iki aya dayandırılması ilə bağlı hökumətə təklif verib. “Qazı kəsmək, daha humanitar yardım yoxdur" demək kimi hələ də etmədiyimiz işlər var, bunları etməmişik. Bir-iki ay edək, ondan sonra görək nə edəcəklər”- deyə İsrail rəsmisi bildirib.
Ben Qvir Livanla sərhəddəki vəziyyətə də toxunub. “Əgər onlar mənə təyyarələr, raketlər və şimalda baş verən hər şey üçün məsuliyyət daşımağa icazə versələr, o zaman (Hizbullah) İsrailin cavabının nə olacağını biləcək”-deyə o əlavə edib.
