Əsas səhifə » Kolumbiya Fələstində səfirlik açacaq

Kolumbiya Fələstində səfirlik açacaq

Bakı. AzerVoice:

Kolumbiya prezidenti Qustava Petro Fələstinin Ramallah şəhərində səfirlik açılması ilə bağlı təlimat verib.

AzerVoice xəbər verir ki, bu barədə Kolumbiya Xarici işlər naziri Gilberto Murillo açıqlayıb.

"Biz əminik ki, getdikcə daha çox ölkə Fələstini tanıyacaq və bu, İsrail və ya yəhudilərə qarşı verilən qərar deyil. Fələstini tam dövlət kimi tanımaq lazımdır", - deyə o əlavə edib.

Qeyd edək ki, Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos səlahiyyət müddətinin bitməsinə 4 gün qalmış, 3 avqust 2018-ci ildə Fələstini dövlət kimi tanıyıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice