56
Bakı. AzerVoice:
Kolumbiya Qəzzada Nasser və Şifa xəstəxanalarının yaxınlığında tapılan kütləvi məzarlarla bağlı hərtərəfli və qərəzsiz araşdırma aparılmasını tələb edib.
AzerVoice xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Faktların aydınlaşdırılması üçün kütləvi məzarlarla bağlı hərtərəfli və tərəfsiz araşdırmaya çağırırıq. Kolumbiya daimi atəşkəsin yaradılmasında, girovların dərhal azad edilməsində israrlıdır. Mülki əhaliyə yardımın çatdırılması üçün zəruri təcili addımlar atılmalıdır”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Qəzza zolağında Xan Yunisdəki kütləvi məzarlıqlardan çıxarılan cəsədlərin sayı 392-yə çatıb.