BAKI,AzerVoice
İsrailin "Naser" Xəstəxanasına etdiyi hücum Qəzza bölgəsində səhiyyə sisteminə əlavə təzyiq gətirib.
AzerVoice xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adhanom bildirib.
ÜST-nin baş direktoru qeyd edib ki, "Naser" Xəstəxanasına edilən hücum nəticəsində 2 fələstinli həyatını itirib və 8 nəfər yaralanıb, bu hücum cərrahiyyə şöbəsinə ciddi ziyan vurub.
"“Naser” Xəstəxanası Qəzzanın cənubundakı ən böyük tibb müəssisəsidir. Onun 35 çarpayısı məhv olub, bu da artıq zorla çalışmaqda olan səhiyyə sistemini daha da çətinləşdirib," – deyə Qebreyesus vurğualyıb.
ÜST-ün baş direktoru tibb müəssisələrinə hücum edilməsinin qəbuledilməz olduğunu bildirərək, bütün girovların azad edilməsini və atəşkəsin bərpa edilməsini tələb edib.
Qeyd edək ki, keçdiyimiz günlərdə İsrail ordusu Qəzza cənubundakı Xan-Yunus şəhərində yerləşən "Naser" Xəstəxanasının cərrahiyyə şöbəsinə zərbə endirib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində iki nəfər həyatını itirib. Həmçinin, HƏMAS-ın Siyasi Bürosunun üzvü İsmail Barxumun öldüyü bildirilir. "Naser" Xəstəxanası Qəzzanın cənubunda ən böyük tibbi müəssisə hesab olunur və böyük sayda xəstə və yaralı qəbul edir.