18
Bakı, AzerVoice
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası, Fələstindəki son hadisələri müzakirə etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən fövqəladə iclasda İsrailin Suriyadan tamamilə geri çəkilməsi tələbini irəli sürüb.
AzerVoice xəbər verir ki, bu barədə iclasın yekununda yayılan bəyannamədə deyilir.
Bəyannamədə İsrailə açıq çağırış edilərək, işğalçı qüvvələrin Suriyadan tamamilə çəkilməsi tələb olunub.
Bəyanatda qeyd olunub ki, İsrail, 15 yanvar tarixində Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə imzalanan atəşkəs sazişini tətbiq etməyə borcludur.
Bundan əlavə, iclasda Qəzzanın yenidən qurulması dəstəklənib və İsrailin Qəzzaya hücumlarına tamamilə son verməsi tələb olunub.