40
BAKI,
AzerVoice
Ərəb Liqasının Zirvə toplantısında Qəzzanın yenidən qurulması ilə
bağlı plan layihəsi razılaşdırılıb.
AzerVoice xəbər verir ki, layihənin
birinci mərhələsində 20 milyard dollar dəyərində 200 min ev
tikilməsi nəzərdə tutulur.
Qahirədə keçirilən fövqəladə sammitdə Ərəb dünyasının liderləri
ABŞ prezidenti Donald Trampın Qəzza zolağının gələcəyi ilə bağlı
son təklifinə qarşı ortaq mövqe nümayiş etdirmək üçün bir araya
gəliblər.
Sammitin əsas nəticəsi Qəzzanın bərpası üçün maliyyə və
infrastruktur layihəsinin razılaşdırılması olub.