Əsas səhifə » Ben Qvir Netanyahudan Qəzzada yardım anbarlarını bombalamağı tələb edir

Ben Qvir Netanyahudan Qəzzada yardım anbarlarını bombalamağı tələb edir

Bakı, AzerVoice

İsrailin keçmiş müdafiə naziri İtamar Ben Qvir İsrail baş naziri Benyamin Netanyahudan Qəzzadakı humanitar yardım anbarlarını bombalamağı tələb edib.

AzerVoice xəbər verir ki, Ben Qvir bunun HƏMAS-ı təslim olmağa məcbur etmək və bütün girovları geri qaytarmaq üçün vacib olduğunu bildirib.

"Bunu həyata keçirmək üçün Qəzza cəhənnəm yaşamalıdır. Cəhənnəm isə yalnız elektrik və su təchizatının kəsilməsi ilə məhdudlaşmır, eyni zamanda bütün yardım anbarlarının bombalanmasını da əhatə edir."

Ben Qvir Netanyahuya bu addımı atmaq üçün çağırış edib və bildirib ki, bu addım, HƏMAS terrorçuları və onların tərəfdarlarının Qəzza zolağında kütləvi aclığa məruz qalmasına səbəb olacaq. Bununla da HƏMAS qüvvələrini asanlıqla məhv etmək üçün fürsət yaranacaq.

Ben Qvir, bu planın müəyyən risklər daşıdığını, o cümlədən HƏMAS-ın hələ də girov saxladığı israillilərə zərər verə biləcəyini etiraf edib. Lakin o bildirib ki, İsrail HƏMAS-a açıq mesaj verməlidir.

"Əgər onlar israilli girovlara zərər yetirsələr, İsrail həbsxanalarındakı terrorçuların edam olunması və Qəzzanın geniş əraziləri üzərində daimi suverenliyin tətbiq edilməsi ilə cavab verəcək."

Qeyd edək ki, daha öncə İsrail baş naziri Benyamin Netanyahu Qəzzaya humanitar yardımın girişini dayandırmağı haqda qərar qəbul edib. Baş nazirin ofisinin verdiyi açıqlamada qeyd olunur ki, bu qərar HƏMAS-ın Uitkoff planını qəbul etməməsi, və İsrailli girovların təhvil verməsindən imtina etməsi fonunda qəbul edilib. Açıqlamada bildirilib ki, İsrail, girovlar azad olunmadan atəşkəsə icazə verməyəcək. Əgər HƏMAS imtina etməyə davam edərsə, bunun əlavə nəticələri olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice