Əsas səhifə » Türk ordusu İraq və Suriyada antiterror əməliyyatı keçirib

Türk ordusu İraq və Suriyada antiterror əməliyyatı keçirib

Bakı, AzerVoice

Türk Silahlı Qüvvələri (TSQ) İraq və Suriyanın şimalında antiterror əməliyyatı keçirib.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, keçirilən əməliyyat çərçivəsində İraqın şimalında 2, Suriyanın şimalında isə 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Beləliklə, ümumi 8 terrorçu zərərsizləşdirilib.

Nazirlik bildirib ki, terroru yuvasında məhv etmək üçün əməliyyatlarını davam edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice