Bakı,AzerVoice
İsrailin 471 günlük hücumları nəticəsində məcburi köçkün olan 376 mindən çox fələstinli Netzarim dəhlizinin açılmasından sonra Qəzzanın şimalına qayıdıb.
AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) açıqlama verib.
HƏMAS ilə əldə olunan atəşkəsə uyğun olaraq, İsrail bazar ertəsi Netzarim dəhlizini açıb və məcburi köçkün fələstinlilərin Qəzzanın şimalına keçməsinə icazə verib.
Qəzza hökumətinin Media Ofisinin açıqlamasına görə, İsrailin hücumları nəticəsində şimalda dağıntılar yüzdə 90 civarındadır.
Bütün bu çətinliklərə baxmayaraq, torpaqlarını tərk etmək istəmədiklərini ifadə edən qəzzalılar cənubdan şimala doğru hərəkətlərini davam etdirirlər.