17
Bakı, AzerVoice
İsrailin yanvarın sonuna qədər tətbiq edəcəyi qadağaya baxmayaraq, Fələstin ərazilərindəki insanlara yardım göstərməyə davam edəcəyik.
AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlar Agentliyinin direktoru Filip Lazzarini bildirib.
“UNRWA-nın yerli işçiləri təcili yardım, təhsil və ilkin səhiyyə xidmətləri göstərir və göstərməyə davam edəcək”, - deyə o bildirib.
Məlumat üçün bildirək ki, UNRWA 8 dekabr 1949-cu ildə təsis edilib. UNRWA-nın əsas məqsədi fələstinli qaçqınlara yardım etmək və onları qorumaqdır. UNRWA Suriya, Livan, İordan çayının qərb sahili, Qüds və Qəzza zolağında fələstinli qaçqınlara xidmət göstərir.