Əsas səhifə » Suriya yeni XİN Ər-Riyada səfərdədir

Suriya yeni XİN Ər-Riyada səfərdədir

Bakı. AzerVoice

Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Əl-Şeybaninin başçılıq etdiyi rəsmi nümayəndə heyəti ilk xarici səfəri çərçivəsində Ər-Riyada gəlib.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, səfər Şeybaninin Səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhanın dəvətinə cavab olaraq gerçəkləşdirilib.

Səfər zamanı Suriya-Səudiyyə münasibətləri müzakirə olunub.

Səfər həmçinin Suriyanın yeni administrasiyasının lideri Əhməd Əl-Şaraanın Əl-Ərəbiyyə kanalına verdiyi açıqlamalarda Səudiyyə Ərəbistanının Suriyanın gələcəyindəki rolunun vacibliyini vurğulamasından sonraya təsadüf edib

Əl-Şaraa, “Səudiyyə Ərəbistanının Suriyanın gələcəyində böyük rolu olduğunu” və ölkəsinə qarşı son bəyanatlarının “çox müsbət” olduğunu, “Suriyanın sabitliyinə can atdığını” və “böyük investisiya imkanlarının” olduğunu söylədi. .

Digər Kateqoriyalar

2025 © Azervoice