Əsas səhifə » Müharibə cinayətkarlarını təqib edəcəyik - Əhməd əl-Şara

Müharibə cinayətkarlarını təqib edəcəyik - Əhməd əl-Şara

Bakı,AzerVoice

Biz müharibə cinayətkarlarını təqib etməyi dayandırmayacağıq,

AzerVoice xəbər verir ki, bu sözləri Heyət Təhrir əl-Şamın (HTŞ) lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Culani) deyib.

"Bu cinayətkarları qaçdıqları ölkələrdə belə təqib edəcək və layiq olduqları cəzanı almalarını təmin edəcəyik",- deyə o bildirib.

Müharibə cinayətkarları haqqında məlumat verənlərə mükafat verəcəklərini ifadə edən Şara, devrilmiş BAAS rejiminin əsgərlərinə əfv verdiklərini də xatırladıb.

Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb, Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Digər Kateqoriyalar

2024 © Azervoice