Əsas səhifə » Husilər İsrailin hərbi bazasına raket hücumu həyata keçirib

Husilər İsrailin hərbi bazasına raket hücumu həyata keçirib

Bakı, AzerVoice

Yəmənli husilər Neqev səhrasında yerləşən İsrailin Nevatim hərbi bazasına "Fələstin-2" adlı hipersəsli ballistik raketlə hücum edib.

AzerVoice-un "Al-Arabiya News"a istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın hərbi sözçüsü Yəhya Saria məlumat verib.
Həmçinin, husilərin Yəmənin Əl-Cauf əyalətinin hava məkanında ABŞ-a məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurduğu bildirilib.

Bu məlumatı husilərin nəzarətində olan "Al-Masirah" telekanalı yayımlayıb.

Digər Kateqoriyalar

2024 © Azervoice