Əsas səhifə » Rusiya İsrailə xəbərdarlıq edib

Rusiya İsrailə xəbərdarlıq edib

Bakı, AzerVoice

Rusiya İranın nüvə obyektlərinə hücum etmək təhlükəsi ilə əlaqədar İsrailə xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov nüvə obyektlərinin vurulması ehtimalının bölgədə fəlakətlə nəticələnə biləcəyini bildirib. Həmçinin nüvə təhlükəsizliyini təmin edən mövcud prinsiplərin rədd edilməsi mənasına gələcəyini deyib.

Xatırladaq ki, İsrailin Rusiyanın hərbi-dəniz bazasının yerləşdiyi Suriyanın sahilyanı Tartus şəhərini bombalaması Rusiyanın sərt reaksiyasına səbəb olmuşdu.

İsrail və Qərb ölkələri uzun müddətdir İranın mülki nüvə proqramı çərçivəsində nüvə bombası hazırlamasından ehtiyat edirdilər. İran isə bu iddiaları təkzib edirdi.

Digər Kateqoriyalar

2024 © Azervoice