77
Bakı,AzerVoice
Küveytdə parlament seçkiləri bu il aprelin dördündə keçiriləcək. AzerVoice xəbər verir ki, Milli Assambleya (parlament) üzvlərini səsvermə tarixini təsdiqləyib və onu Əmir Şeyx Məşəl əl-Əhməd Əl Cabir Əl Sabaha təqdim edib.
Məlumat üçün bildirək ki, ötən çərşənbə günü hökumət seçki komissiyası haqqında qanunun fəaliyyətini oktyabrın əvvəlinə qədər dayandıran qanun fərmanı vermişdi.
Fevralın 15-də Küveyt əmiri parlament parlamenti buraxıb və buna səbəb olaraq, Assambleyanın konstitusiya prinsiplərinin pozulmasını, xüsusən də hörmətli mövqelərə hörmətsizliyi və parlament üzvləri tərəfindən qəsdən hörmətsiz və təhqiramiz ifadələr işlətməsi ilə bağlı pozuntular göstərilib.