Əsas səhifə » Dubayda uçan taksilərin 2026-cı ildə istifadəyə veriləcəyi gözlənilir

Dubayda uçan taksilərin 2026-cı ildə istifadəyə veriləcəyi gözlənilir

Bakı,AzerVoice

Dubayda uçan taksilərin 2026-cı ildə istifadəyə veriləcəyi gözlənilir,AzerVoice xəbər verir ki, bunu Dubayın Yollar və Nəqliyyat İdarəsinin İctimai Nəqliyyat Agentliyinin baş direktoru Əhməd Bəhrozyan deyib.

O qeyd edib ki, 320 km/saat sürəti ilə BƏƏ-də hava taksiləri Dubay Hava Limanı ilə Palm Jumeirah arasında səyahət müddətini 30-45 dəqiqədən 10 dəqiqəyə endirə bilər.

"Sürət, məsafə və məhdud şarj müddəti ilə bu uçan taksilər sərnişinləri Dubay Hava Limanından Palm Jumeirahdakı vertiporta 10 dəqiqə və ya daha az müddətdə apara bilər" - deyə oi bildirib.

O, həmçinin əlavə edib ki, uçan taksilər müxtəlif əmirliklər arasında sərnişin daşımaq üçün əlverişlidir. Əhmədin sözlərinə görə, layihə 2026-cı ildə ictimaiyyətə təqdim olunacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice