Əsas səhifə » XİN İstanbuldakı zəlzələdə xəsarət alanların olmadığını bildirib

XİN İstanbuldakı zəlzələdə xəsarət alanların olmadığını bildirib

BAKI, AzerVoice

Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, Türkiyə hökuməti ötən gün İstanbul və bir sıra vilayətləri silkələmiş zəlzələdən sonrakı vəziyyətlə bağlı açıqlama yayıb. Episentri Mərmərə dənizi olan 6.2 bal gücündə zəlzələdən sonra bölgədə 266 təkrar yeraltı təkanlar (afterşoklar) qeydə alınıb. Bildirilib ki, zərərçəkənlərin sayı 236 nəfər təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice