20
BAKI, AzerVoice
Norveçin xarici işlər naziri Espen Bart Eide bugün Türkiyəyə səfər edəcək.
AzerVoice xəbər verir ki, Norveçin xarici işlər naziri Espen Bart Eide bugün rəsmi səfərlə Türkiyəyə gedəcək.
Səfər çərçivəsində nazir Eide-nin türk həmkarı Hakan Fidanla
görüşəcəyi və iki ölkə arasında ikitərəfli münasibətlər, regional
və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacağı
gözlənilir.
Qeyd edək ki, Norveç və Türkiyə arasında diplomatik münasibətlər
1926-cı ildən bəri davam edir. İki ölkə NATO müttəfiqi olmaqla
yanaşı, enerji, müdafiə, iqlim dəyişikliyi və regional
təhlükəsizlik kimi sahələrdə əməkdaşlıq edir.