Əsas səhifə » İstanbuldakı zəlzələdən sonra 166 afterşok qeydə alınıb

İstanbuldakı zəlzələdən sonra 166 afterşok qeydə alınıb

BAKI, AzerVoice

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra 166 afterşok qeydə alınıb.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Fəlakət və Təcili Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması Baş İdarəsinin Zəlzələ Dairəsi rəhbəri Prof. Dr. Aykut Akgün açıqlama verib.

Onun sözlərinə görə, 6,2 bal gücündəki zəlzələdən sonra bölgədə afterşokların bir neçə ay davam etməsi mümkündür. Hazırda daha böyük bir zəlzələnin olub-olmayacağı ilə bağlı dəqiq elmi proqnoz vermək mümkün deyil.

Akgün, zəlzələdən sonra aparılan ziyan dəyərləndirmə işlərinin davam etdiyini bildirib.

“İstanbulda bir köhnə bina uçub. Bundan başqa ciddi dağıntı qeydə alınmayıb. Bu, bizim üçün sevindirici haldır. Kiçikmiqyaslı zərərlər var, onların araşdırılması üçün nazirliklərimiz və AFAD-ın müdürlükləri tərəfindən ərazidə araşdırmalar aparılır” - deyə, açıqlamada bildirilir.

Qeyd edək ki, bugün İstanbulun Silivri rayonunda baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf rayonlarda da güclü şəkildə hiss olunub. Hadisə nəticəsində insan tələfatı qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice