Əsas səhifə » Türkiyə dövləti və xalqı ilə həmrəyik - BMT Baş katibi

Türkiyə dövləti və xalqı ilə həmrəyik - BMT Baş katibi

BAKI, AzerVoice

Bu çətin günlərdə Türkiyə dövləti və xalqı ilə tam həmrəyik.

AzerVoice xəbər verir ki, bu sözlər BMT-nin Baş katibi Antonio Quterreşin İstanbulda baş vermiş zəlzələlərlə bağlı verdiyi açıqlamada yer alıb.

Qeyd edək ki, bugün İstanbulun Silivri rayonunda baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf rayonlarda da güclü şəkildə hiss olunub. Hadisə nəticəsində insan tələfatı qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice