Əsas səhifə » İstanbul zəlzələsində 150-dən çox insan xəsarət alıb

İstanbul zəlzələsində 150-dən çox insan xəsarət alıb

BAKI, AzerVoice

İstanbulda zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.

AzerVoice xəbər verir ki, İstanbul Qubernatorluğu Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində hələ ki, can itkisi qeydə alınmayıb. Lakin çaxnaşma səbəbilə hündürlükdən tullanaraq xəsarət alan 151 nəfərin müxtəlif xəstəxanalarda müalicəsi davam edir və onların həyatına təhlükə yoxdur.

Qubernatorluğun verdiyi məlumata görə, zəlzələnin ardından enerji, içməli su, təbii qaz və kanalizasiya sistemlərində ümumi həyata təsir edəcək problem yaşanmayıb. Fatih rayonunda isə yaşayış binalarında heç bir dağıntı və insan itkisi qeydə alınmayıb.

Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice