Əsas səhifə » ABŞ-ın Yəməndəki neft terminalına hücumu zamanı türk gəmisinə ziyan dəyib

ABŞ-ın Yəməndəki neft terminalına hücumu zamanı türk gəmisinə ziyan dəyib

BAKI, AzerVoice

Aprelin 17-də ABŞ tərəfindən Yəməndə, husilərin nəzarətində olan Hudeydə sahilindəki Ras İsa neft terminalına edilən hücum zamanı bir Türk şirkətinə məxsus yanacaq gəmisinə ziyan dəyib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmidə ciddi ziyan yaranmayıb, lakin hücumun ardından limandan ayrılmaq istəyən gəmiyə, limanı nəzarətdə saxlayan silahlı qrup tərəfindən icazə verilməyib.

Gəmidə 26 nəfərlik heyət olub, onlardan dörd nəfəri – o cümlədən kapitan – Türkiyə vətəndaşı, digərləri isə Hindistan vətəndaşıdır. Verilən məlumata əsasən, bütün heyətin vəziyyəti yaxşıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice