Əsas səhifə » MİT və HƏMAS Qəzzada atəşkəs məsələlərini dəyərləndirib

MİT və HƏMAS Qəzzada atəşkəs məsələlərini dəyərləndirib

BAKI, AzerVoice

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru Kalın HƏMAS heyəti ilə Qəzzaya humanitar yardım və atəşkəs səylərini müzakirə edib

AzerVoicexəbər verir ki, MİT direktoru İbrahim Kalın HƏMAS Şura Şurasının sədri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı Qəzzaya humanitar yardımın çatdırılması, beynəlxalq humanitar səylərin koordinasiyası və İsrailin hərbi əməliyyatlarının dayandırılması ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər Qəzzada davam edən humanitar fəlakətin aradan qaldırılması üçün birgə tədbirlərin görülməsi və daimi atəşkəsin təmin olunmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, İsrailin Qəzza xalqını zorla köçürmək cəhdlərinə qarşı ortaq mövqe nümayiş etdirilib.

Qeyd edək ki, görüşdə Türkiyənin, İsrailin mülki əhaliyə qarşı hücumlarına baxmayaraq, Qəzza xalqının yanında olacağı bir daha bəyan edilib. Ankara, bölgədə sabitliyin bərqərar olması üçün beynəlxalq sülh təşəbbüslərinə dəstəyini davam etdirəcəyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice