BAKI, AzerVoice
ABŞ ordusu, Suriyanın şimal-şərqində yerləşən üç hərbi mövqeni tərk edərək digər bazalarına çəkilib.
AzerVoice-un məlumatına görə, ABŞ əsgərləri Suriyanın Haseke şəhərinin mərkəzi ilə Deyr əz-Zor vilayətindəki Koniko və Ömər qaz yataqları ətrafında yerləşən Hadrə və Fərat kəndlərindəki hərbi mövqeləri tərk edərək əsas bazalara köçürülüblər.
Haseke şəhərindəki qüvvələr və texnika eyni vilayətdə yerləşən Rümeylan bazasına, Deyr əz-Zordakı qüvvələr isə Koniko qaz yatağındakı bazaya çəkilib.
Ekspertlərin sözlərinə görə, ABŞ 2019-cu ilin oktyabrında başlatdığı “Barış Pınarı Hərəkatı” zamanı əməliyyat bölgəsindəki bir çox bazanı tərk edərək əsas diqqətini neft və qaz yataqları ətrafında cəmləşdirmişdi.
Hazırda ABŞ qüvvələri Fərat çayının şərqində yerləşən Haseke, Rəqqa və Deyr əz-Zor vilayətləri ilə Hələb vilayətinə bağlı Ayn əl-Ərəb (Kobani) bölgəsində ümumilikdə 21 baza və hərbi mövqedə fəaliyyət göstərməkdədir.
Qeyd edək ki, Suriyanın şimal-şərqində ABŞ qüvvələrinin mövcud olduğu bölgələr PKK/YPG terror təşkilatının nəzarətindədir.