BAKI, AzerVoice
Azərbaycan və Türkiyə arasında təbii qaz əməkdaşlığına dair saziş Rəsmi Qəzetdə dərc olunub
AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə, Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qaz sahəsində əməkdaşlığa dair saziş Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib.
Sənəd 14 may 2024-cü il tarixində İstanbulda imzalanıb və təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tranziti sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, saziş Azərbaycanın həm özü, həm də üçüncü ölkələrdən təbii qazın Türkiyəyə və Türkiyə üzərindən digər bazarlara ötürülməsi imkanlarını daha da genişləndirir. Bu əməkdaşlıq həm də regional enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.