BAKI,
AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dostu parlament
rəhbərləri ilə görüşəcək.
AzerVoice xəbər verir ki, Prezident
Ərdoğan bu gün İstanbulda “Fələstin Dostu Parlament Sədrləri
Toplantısı”nda iştirak edəcək.
Görüş, Türkiyə Böyük Millət Məclisinin təşəbbüsü ilə təşkil olunub
və tədbirdə 13 ölkənin parlament spikerləri və deputatları iştirak
edəcək.
Prezident Ərdoğanın gün ərzində ikinci mühüm proqramı isə 3-cü Beynəlxalq Yeditəpə Biennalesinə qatılmaq olacaq. Klassik Türk Sənətləri sahəsində dünyanın ilk nümunələrindən olan bu biennale müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirir.
Qeyd edək ki, Ərdoğan Ankaradakı rəsmi proqramlarını başa vurduqdan sonra İstanbula səfər edib və bu gün iki beynəlxalq səviyyəli tədbirdə iştirak edəcək.