Əsas səhifə » CHP və rəhbərliyi bitmiş bir hekayənin siyasi ayağıdır – Devlet Bahçeli

CHP və rəhbərliyi bitmiş bir hekayənin siyasi ayağıdır – Devlet Bahçeli

BAKI, AzerVoice

CHP və onun rəhbərliyi bitmiş bir hekayənin siyasi ayağıdır.

AzerVoice xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, bu fikirləri şəxsi sosial media hesabında paylaşdığı yazılı açıqlamasında səsləndirib.

O, CHP-ni və onu dəstəkləyən çevrələri “fitnə-fəsad markası” adlandıraraq, bu dairələrin demokratiya prinsiplərini tapdaladığını bildirib.

MHP lideri həmçinin vurğulayıb ki, Türkiyədə ortaq ağıl və birlik ruhu uzun müddətdir təhdid altındadır. Onun sözlərinə görə, yalan, iftira və xəyanətlə qarışıq kampaniyalar, cəmiyyətin sabitliyini və siyasi nizamı hədəfə alır.

Bahçeli universitet tələbələrinin və məktəb şagirdlərinin etirazlara təşviq edilməsini, eləcə də milli təhsil sisteminin siyasi manipulyasiyaya alət edilməsini "cinayət və məsuliyyətsizlik" kimi dəyərləndirib.

Açıqlamasının sonunda Bahçeli, səhhətində problem yaranan DEM Partiyasının İstanbul millət vəkili və TBMM sədr müavini Sırrı Süreyya Öndərə keçmiş olsun diləklərini çatdırıb.

Qeyd edək ki, Sırrı Süreyya Öndərin səhhətindəki problem səbəbilə TBMM-də iclaslar təxirə salınıb.

Digər Kateqoriyalar

2025 © Azervoice