Əsas səhifə » Beyrutun Hizbullah palakatlarından təmizlənməsi ilə bağlı qərar verilib

Beyrutun Hizbullah palakatlarından təmizlənməsi ilə bağlı qərar verilib

BAKI,AzerVoice

Livanın paytaxtı Beyrutda Rafiq Həriri Beynəlxalq Hava Limanına qədər olan bütün küçə və məhəllələrdən Hizbullah bayraqları, şəkilləri və şüarlarının yığışdırılması prosesi başlayıb. Bu addım daxili işlər naziri Əhməd əl-Həccar və Beyrut valisi Mərvan Abudun təlimatlarına əsasən həyata keçirilir. Çərşənbə günü səhər saatlarından etibarən Beyrut bələdiyyəsi və Daxili Təhlükəsizlik Qüvvələrinin Beyrut Polis İdarəsinin dəstəyi ilə qərarın icrasına başlanılıb.

Daxili işlər və bələdiyyələr naziri Əhməd əl-Həccar bildirib ki, şəkillərin və şüarların yığışdırılması “Livanın gələn vətəndaşlara, qardaşlara və dostlara qarşı imicinin yaxşılaşdırılması və turizmin canlandırılması məqsədilə hökumətin ümumi planı çərçivəsində həyata keçirilir”. O vurğulayıb ki, “Prezident andiçmə nitqində dövlətin suverenliyinin bütün ərazilərdə təmin olunacağına söz verib və hökumət yalnız silahın dövlətin qanuni qüvvələrində cəmləşməsi deyil, həm də vətəndaşlara normal həyat şəraitinin təmin edilməsi və paytaxtın görünüşünün yaxşılaşdırılması ilə bağlı öhdəlik götürüb”.

Əməliyyat baş nazir Nəvaf Salam və daxili işlər naziri Əhməd əl-Həccarın təlimatı ilə Beyrutun mərkəzindən başlayaraq Rafiq Həriri hava limanına aparan magistral boyunca həyata keçirilir. Beyrut valisi Mərvan Abud da bildirib ki, dövlət bu qərarı Hizbullaha çatdırıb və hava limanı yolundan bütün şəkil və şüarların yığışdırılması işlərinə artıq başlanılıb.
“Qərar ondan ibarətdir ki, hava limanı, onun yolu və paytaxt Livan dövlətini və yeni dövrü təmsil etsin. Hava limanı yolu təhlükəsiz olmalı və dövlətin və onun qanuni qurumlarının ixtiyarında olmalıdır”-deyə, o bildirib.

Son günlər bəzi naməlum şəxslər “Livan üçün yeni dövr” şüarı yazılmış reklam lövhələrini yandırıblar. Bu lövhələr İranın Ali Dini Rəhbəri Əli Xamenei və İsrail tərəfindən öldürülən

Hətta kommersiya reklamları da

Vali əlavə edib ki, “dövlət mülkiyyətində olan ərazilərdə yerləşdirilmiş kommersiya reklamları da daxil olmaqla bütün şəkillərin yığışdırılması ilə bağlı göstərişlər verilib və hava limanı yolu ilə paytaxtın mərkəzi yaxşı işıqlandırılacaq”.

Digər Kateqoriyalar

2025 © Azervoice