BAKI, AzerVoice
İran, ABŞ-ın uran zənginləşdirilməsindən imtina tələbinə “qəti rədd” cavabı verib.
AzerVoice xəbər verir ki,
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi, ABŞ-ın sabiq
prezidenti Donald Trampın irəli sürdüyü tələblər çərçivəsində uran
zənginləşdirilməsinin dayandırılması çağırışını rədd edib.
O bildirib ki, bu məsələ danışıqların mövzusu deyil və İranın bu
sahədəki fəaliyyəti qanuni və prinsipial xarakter daşıyır.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vetkof sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, yekun razılaşma bölgədə sülh və sabitlik üçün İranın nüvə proqramını tamamilə dayandırmasını nəzərdə tutur. O, Trampın şərtlərinin danışıqların əsası olduğunu vurğulayıb.
Əraqçi isə bu mövqeyi “ziddiyyətli və dəyişkən” adlandırıb və bildirib ki, real irəliləyiş yalnız masa arxasında aydın və konstruktiv danışıqlarla mümkün ola bilər. O əlavə edib ki, təzyiq və birtərəfli tələblərlə aparılan siyasət nəticəsiz qalacaq.
Bu açıqlamalar Muskatda keçirilən ilk görüşdən sonra, ikinci raunddan üç gün əvvəl verilib. Omandakı danışıqlarda tərəflər arasında təxminən iki saatlıq birbaşa dialoq aparılıb və vasitəçi qismində Omanın xarici işlər naziri Bədr əl-Büsaid iştirak edib.
Qeyd edək ki, Abbas Əraqçi yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinə İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin məktubunu çatdırmaq üçün Moskvaya səfər edəcək. Məktubun detalları barədə isə açıqlama verilməyib.