BAKI, AzerVoice
Qazaxıstanın paytaxtı Astanada keçirilən II Mərkəzi Asiya Media Forumu çərçivəsində bölgə ölkələrinin birgə televiziya və media platforması yaratmaq təşəbbüsü gündəmə gəlib.
AzerVoice xəbər verir ki, tədbirdə siyasətçilər, jurnalistlər, media qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Forumda çıxış edən Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Mərkəzi Asiya ölkələrinin ortaq televiziya kanalı və media qrupu yaratmaq niyyətində olduqlarını bəyan edib.
Onun sözlərinə görə, bu təşəbbüs bölgə dövlət başçılarının sıx və işgüzar əməkdaşlığı nəticəsində yaranıb və xalq diplomatiyasını və mədəni əlaqələri gücləndirməyi hədəfləyir.
- Mərkəzi Asiya ölkələrinin elmi və təhsil imkanlarını birləşdirərək Jurnalistika Akademiyasının yaradılması;
- Gənc istedadlar üçün yaradıcılıq mərkəzinin təşkili;
- Mərkəzi Asiya Jurnalistika Mükafatının təsis olunması;
- Serial və digər məhsullar üçün xarici ölkələrdə minimal və ya heç bir ödənişsiz yayım imkanlarının yaradılması;
- Turizm və investisiyaların təşviqi məqsədilə ortaq informasiya təşəbbüslərinin genişləndirilməsi.
Forumda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Tacikistan, Türkmənistan, Böyük Britaniya, Çin, Qətər, Rusiya və digər ölkələrdən təxminən 700 nümayəndə iştirak edib.
Təşəbbüsün reallaşacağı təqdirdə, Mərkəzi Asiyada vahid informasiya məkanı formalaşaraq, bölgənin beynəlxalq mediadakı rolunu gücləndirə bilər.