Əsas səhifə » Qəzzada ərzaq ehtiyatları bitmək üzrədir - UNRWA

Qəzzada ərzaq ehtiyatları bitmək üzrədir - UNRWA

BAKI, AzerVoice

Qəzza zolağına atəşkəs zamanı daxil olan ərzaq ehtiyatları tükənir.

AzerVoice xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Yenidənqurma Agentliyi (UNRWA) “X” platformasındakı paylaşımında Qəzza əməliyyatları üzrə baş direktor müavini Con Uaytın sözlərinə yer verilib.

Uayt Qəzzanın son bir ayda tam mühasirədə saxlanıldığını və bu müddət ərzində ərzaq, qeyri-ərzaq məhsulları və ümumiyyətlə heç bir şeyin əraziyə buraxılmadığını vurğulayıb.

“Keçən il olduğu kimi yenə də aclıq təhlükəsi ilə üz-üzəyik”, – deyə o əlavə edib.

Xatırladaq ki, İsrail ordusu yanvarın 19-da qüvvəyə minmiş atəşkəsdən sonra 18 mart səhəri Qəzza zolağına qarşı şiddətli hücumlarına yenidən başlayıb.

Atəşkəs pozulduqdan bu günədək, çoxu qadın, uşaq və yaşlılar olmaqla 1 630 fələstinli həyatını itirib, 4 302 nəfər isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzzaya etdiyi hücumlarda isə ölən fələstinlilərin sayı 51 minə, yaralananların sayı isə 116 343-ə yüksəlib.

Digər Kateqoriyalar

2025 © Azervoice