Bakı, AzerVoice
Əlcəzair hakimiyyəti Fransanın səfirliyində çalışan 12 əməkdaşdan 48 saat ərzində ölkəni tərk etmələrini tələb edib.
AzerVoice xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib.
Barro jurnalistlərə ünvanladığı yazılı bəyanatda bildirib ki, Əlcəzairin bu qərarı Fransada üç əlcəzairli şəxsin saxlanılmasına cavab olaraq qəbul edilib.
"Əlcəzair hakimiyyətindən bu deportasiya qərarından geri çəkilmələrini xahiş edirəm. Bu qərarın Fransada aparılan məhkəmə prosesləri ilə heç bir əlaqəsi yoxdur"- deyə Barro bildirib
Barro əlavə edib ki, Əlcəzair qərarını qüvvədə saxlayarsa, Fransa buna dərhal cavab vermək məcburiyyətində qalacaq.
Xatırladaq ki, Fransa hakimiyyəti ötən cümə, 2024-cü ilin aprel ayının sonunda siyasi sığınacaq almış Əlcəzairli fəal Amira Buxərrasın oğurlanması ilə bağlı üç nəfərə qarşı ittiham irəli sürüb. Məlumata görə, saxlanılan şəxslərdən biri Fransada yerləşən Əlcəzair konsulluğunda çalışıb.