Əsas səhifə » ABŞ və İran arasında dolayı danışıqlar başa çatıb

ABŞ və İran arasında dolayı danışıqlar başa çatıb

BAKI, AzerVoice

İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında, Oman xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçiliyi ilə keçirilən, İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar başa çatıb.

AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər nüvə proqramı və qeyri-qanuni sanksiyaların qaldırılması ilə bağlı hökumətlərinin mövqelərini qarşılıqlı hörmət və konstruktiv atmosferdə bildiriblər. İran nümayəndə heyətinin üzvü bildirib ki, aparılan məsləhətləşmələr ümumilikdə uğurlu keçib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək birbaşa nüvə danışıqları aparmağı təklif etsə də, Tehran yalnız dolayı danışıqlara açıq olduğunu, təhdid və təzyiqlər altında birbaşa görüşləri qəbul etmədiyini bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice