BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 11 aprel tarixində Antalyada dördüncü dəf keçirilən diplomatiya forumu çərçivəsində Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.
AzerVoice xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.
Ərdoğan, həmçinin forum çərçivəsində İndoneziya Prezidenti Prabovo Subianto ilə də müxtəlif mövzularda müzakirələr aparıb.
Qeyd edək ki, forum çərçivəsində üç gün ərzində müxtəlif formatlarda 50-dən çox sessiya keçiriləcək. Sessiyalarda Yaxın Şərqdən Asiya-Sakit Okean regionuna, Afrikadan Latın Amerikasına qədər uzanan coğrafiyaları əhatə edən məsələlərlə yanaşı, iqlim dəyişikliyi, terrorla mübarizə, humanitar yardım, rəqəmsallaşma, qida təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin əsas başlıqları müzakirə olunacaq.
Təxminən 50 ölkədən 950-yə yaxın jurnalistin iştirak etdiyi forum 13 aprel bazar gününə qədər panellər, sessiyalar və ikitərəfli görüşlərlə davam edəcək.