BAKI, AzerVoice
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailə Suriya ilə bağlı xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, bu haqda BMT rəsmilərinin verdiyi açıqlamada deyilir.
Açıqlamada BMT, İsrailin Suriyadakı siyasi keçid prosesinə zərər verə biləcək hərəkətlərdən çəkinməsinin zəruriliyini vurğulayıb.
“İsrailin Suriyaya qarşı hücumları ölkədəki siyasi keçid prosesini təhlükə altına salır” - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bugün Cəzayir və Somalinin tələbi ilə BMT Təhlükəsizlik Şurasında İsrailin Suriyaya qarşı hücumlarına dair təcili iclas keçirilib. Burada çıxış edən BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə köməkçisi Xalid Xiari bildirib ki, İsrail ötən ilin 8 dekabr tarixindən bu yana Suriyaya yüzlərlə hava hücumu edib.
O qeyd edib ki, İsrail ordusu Colan təpələrindəki bufer zonasında bir çox hərbi mövqe inşa edib və İsrailli rəsmilər Suriyada qalmaq niyyətlərini açıq şəkildə ifadə ediblər.