Əsas səhifə » Qəzza məsələsində İndoneziya ilə birgə işləyəcəyik - Ərdoğan

Qəzza məsələsində İndoneziya ilə birgə işləyəcəyik - Ərdoğan

BAKI, AzerVoice

Qəzza məsələsində İndoneziya ilə əməkdaşlığımızı davam etdirəcəyik.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziya Prezidenti Prabovo Subianto ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“İndoneziyanın Fələstin məsələsindəki mövqeyini təqdir edirik. Qarşıdakı dövrdə Qəzzanın yenidən qurulmasında İndoneziya ilə əməkdaşlığımızı davam edəcəyik” - deyə, Ərdoğan bildirib.

Bundan əlavə, Ərdoğan iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafını vurğulayıb.

“Qarşılıqlı təmaslar ölkələrimiz arasındakı qardaşlığı əks etdirir. Bir qədər əvvəl sənədləri imzaladıq. Ticarət dövriyyəmizi 10 milyard dollara yüksəltmək üçün atıla biləcək addımları müzakirə etdik. Cari layihələrimizi nəzərdən keçirdik. Turizm sahəsində iki əsas ölkə olan İndoneziya və Türkiyə arasındakı əlaqələr inkişaf edir. Yeni əməkdaşlıq imkanları yaratmaq mövzusunda razılığa gəldik. Xalqlarımız arasında əlaqələri mədəniyyət və təhsil sahələrində əməkdaşlıqla daha da gücləndirmək istəyirik” - deyə, Ərdoğan qeyd edib.

İndoneziya prezidenti Prabovo Subianto isə Ərdoğana təşəkkürlərini bildirib və Türkiyə ilə birgə əməkdaşlığın zəruriliyini vurğulayıb.

"Bir daha Prezident Ərdoğana təşəkkürlərimi bildirmək istəyirəm. O, məni və heyətimi çox səmimi şəkildə qarşıladı. Ərdoğanın ölkəmizə səfəri bizi çox sevindirdi. Hər iki ölkə olaraq İslam dünyasında müsbət güc olmaq istəyirik. Ərdoğanla görüşümüzdə əməkdaşlıq mövzularına toxunduq. Əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik. Görüşümüz doğrudan da çox səmimi bir atmosferdə keçdi. Bu görüşün bəzi nəticələri də oldu təbii ki. İqtisadi mərkəzə çevrilmək istəyirik" - deyə o qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice