Əsas səhifə » Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub

BAKI, AzerVoice

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

AzerVoice xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Digər Kateqoriyalar

2025 © Azervoice