11
Bakı, AzerVoice
Türkiyənin Malatya vilayətində bu gün yerli vaxtla saat 10:46-da baş verən zəlzələ sonrasında xəsarət alanların sayı 94 nəfərə çatıb.
AzerVoice xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu zəlzələdən sonra verdiyi açıqlamada bildirib.
Hatipoğlu 94 nəfərin yaralandığını, iki binaya isə ciddi ziyan dəydiyini qeyd edib. .
Qeyd edək ki, Boğaziçi Universiteti Kandilli Rəsədxanasının 6,0 bal gücündə dəyərləndirdiyi zəlzələnin ən çox hiss olunduğu yerlərdən biri Elazığ olub. Fəlakət sonrasında Malatya və Elazığda məktəblər bir günlük tətilə bağlanıb.